Ağdam Sosial Xidmət Mərkəzi 2025-ci ilin Avqust ayının 1-dən etibarən fəaliyyət göstərir.
Mərkəzin əsas vəzifəsi 0-18 yaş qrupları üzrə əlilliyi olan uşaqlarla yanaşı, sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) cəmiyyətin həyatında digər şəxslərlə bərabər iştirak etməsinə imkan yaradılması üçün sosial-reabilitasiya xidmətlərini həyata keçirməkdir.
Ağdam rayonu üzrə Sosial Xidmət Mərkəzinin əhatə dairəsi:
• Azərbaycan Respublikası vətəndaşı olan əlilliyi olan uşaqlar ;
• Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdən əlilliyi olan uşaqlar;
• Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin övladları;
• Repatriasiya edilmiş şəxslər;
• Cəza çəkməkdən azad edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslər;
• çətin həyat şəraitində olan və ya çətin həyat şəraitinə düşmə riski olan şəxslər (ailələrlə) şəxsin sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olması.
Sosial Xidmət Mərkəzində fəaliyyət göstərən ixtisaslı sosial işçi, psixoloq, sosial pedaqoq, loqoped və aktiv terapevt tərəfindən müraciət edən şəxslərin reabilitasiya xidmətlərinə ehtiyac meyarını müəyyən etmək üçün qiymətləndirilmə işi aparılır. Nəticələrə uyğun olaraq, çətin həyat şəraitində olan şəxslərə sosial reabilitasiya xidməti göstərilir.
Müraciət qaydaları:
Xidmətdən faydalanmaq istəyənlər Sosial Xidmətlər Agentliyinə və Agentliyin Qarabağ Regional filialının Ağdam Sosial Xidmət Mərkəzinə (Ağdam rayonu, Quzanlı qəsəbəsi) müraciət edə bilərlər.
Sosial Xidmət Mərkəzinə qəbul növbəlilik əsasında həyata keçirilir. Müraciət edən ailənin məlumat forması doldurulduqdan sonra şəxsin ilkin qiymətləndirmə nəticələrinə uyğun olaraq fərdi inkişaf planı hazırlanır.
Şəxslərin mərkəzə qəbulu zamanı aşağıdakı sənədlər tələb olunur:
1. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
2. Yoluxucu xəstəliklərin daşıyıcısı olmaması və psixi sağlamlıq vəziyyəti barədə məlumat göstərilməklə, sağlamlıq haqqında tibbi arayış;
3. Şəxsin əlilliyini təsdiq edən TSEK-in qərarı;
4. Şəxsin yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə müvafiq arayış;
5. 3 x 4 ölçüdə 1 ədəd fotoşəkil.
Mərkəzin ünvanı: Ağdam rayonu, Quzanlı qəsəbəsi