17.10.2025

17 oktyabr Füzuli Şəhəri Günüdür

Beş il əvvəl, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun tarixi Zəfər qazandığı Vətən müharibəsinin 21-ci günündə -  2020-ci il oktyabrın 17-də Füzuli şəhəri və ətraf kəndləri erməni işğalından azad edilib.

Həmin il noyabrın 16-da dövlətimizin başçısı tərəfindən Füzuli şəhərində şanlı Azərbaycan Bayrağı qaldırılıb. Ölkə Prezidentinin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” medalı təsis olunub və hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü qeyd olunur.

Azadlığına qovuşmuş digər ərazilərimiz kimi, Füzulidə də genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır və yenidən qurulan, dirçələn Füzuli yeni inkişaf dövrünü yaşayır.

Doğma yurd həsrətinə son qoyulmuş Füzuli sakinləri isə sonsuz sevinc və iftixar duyğuları ilə ata-baba torpaqlarına qayıdırlar.