11.10.2024

18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynləri üçün maarifləndirici görüş təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Nərimanov və Abşeron Sosial Xidmət Mərkəzlərinin xidmətlərindən bəhrələnən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqların valideynlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib. 


Psixoloji, pedaqoji və loqopedik xidmətlərə həsr edilən görüşdə çıxış edən Agentlik əməkdaşları valideynləri maraqlandıran mövzulara diqqət çəkiblər. 


Təqdimatlarda nitq inkişafı ləngiməsinə səbəb olan risk faktorları, müasir reabilitasiyanın dəstəyi ilə inkişaf etdirilən bacarıqlar, psixopedaqoji və loqopedik xidmətlərin uşaqların qavrama bacarıqlarının inkişafındakı rolundan danışılıb. 


Həmçinin valideyn, psixoloq, sosial pedaqoq və nitq inkişafı mütəxəssisinin birgə fəaliyyətinin uşağın inkişafı baxımından vacib olduğu diqqətə çatdırılıb. 


Sonda iştirakçıların mövzuya dair sualları cavablandırılıb.