Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Astara rayonunda vətəndaşları qəbul edib. Qəbulda ümumilikdə 20-yə yaxın vətəndaş müxtəlif məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlər Sosial Xidmətlər Agentliyinin fəaliyyət sahələrinə aid məsələləri əhatə edib.
Vüqar Behbudov müraciətləri dinləyib, onların mümkün həlli ilə bağlı müvafiq addımların atılması məqsədilə tapşırıqlar verib.
Əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə həyata keçirilən qəbullarda hər bir imtiyazlı şəxs iştirak edə bilər. Bunun üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.