Hər günü qələbələrlə dolu Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin işğaldan azad edilməsi ilə əlamətdar olub.
Həmin il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaldıb.
Dövlətimizin başçısının Sərəncamlarına əsasən 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd olunur və “Qubadlının azad olunmasına görə” medalı təsis edilib.
İndi Qubadlıda həyat yenidən canlanır. Azadlığına qovuşmuş digər ərazilərimiz kimi, Qubadlıda da abadlıq-quruculuq işləri aparılır.