07.10.2024

Himayədar Ailə qayğı modeli ilə bağlı ictimai dinləmə keçiriləcək

Gəncə sakinlərinin nəzərinə!

Himayədar Ailə qayğı modeli ilə bağlı ictimai dinləmə keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 22 oktyabr 2024-cü il tarixində  saat 15:00-da Gəncə şəhərində ictimai dinləmə keçiriləcək.

İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunacaq.

İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialına yaxınlaşıb, Agentliyin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya  (012) 525-41-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.