Gəncə sakinlərinin nəzərinə!
Himayədar Ailə qayğı modeli ilə bağlı ictimai dinləmə keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 22 oktyabr 2024-cü il tarixində saat 15:00-da Gəncə şəhərində ictimai dinləmə keçiriləcək.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar Ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyirsinizsə, Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən Regional filialına yaxınlaşıb, Agentliyin sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib və ya (012) 525-41-30 telefon nömrəsinə zəng edib qeydiyyatdan keçə bilərsiniz.