İnsan alveri qurbanlarının ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi.
İnsan alveri qurbanlarının zorakılıq, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımının göstərilməsi.
İnsan alveri qurbanlarının peşə hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi.
İnsan alveri qurbanlarına maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi.
Sənədlərin bərpası, hazırlanması və digər sənədlərin tərtib olunmasına kömək göstərilməsi.