07.11.2025

Məişət zorakılığından zərər çəkmiş 276 şəxsə sosial reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi bu il məişət zorakılığından zərər çəkmiş 68 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 23 nəfəri qadın, 45 nəfəri isə uşaqlardır.

Həmin şəxslər Agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün sosial reabilitasiya şöbəsində reabilitasiya xidmətləri ilə əhatə olunublar. 

Qeyd olunan şöbədə ötən dövrdə 276 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib. Bu şəxslərin sosial reabilitasiyası, sosial statuslarının bərpası ilə bağlı fərdi iş planı üzrə tədbirlər görülüb.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.