30.09.2024

Oktyabrın 11-də Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirəcək

Oktyabrın 11-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində  Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Ağcabədi rayonunda vətəndaş qəbulu keçirəcək. Qəbulda Ağcabədi rayonu ilə yanaşı, Bərdə sakinləri də iştirak edə bilərlər.   

Qəbul zamanı imtiyazlı şəxslərin mənzil (fərdi ev), avtomobil təminatı, səyyar sosial xidmətin təşkili, sanatoriya-kurort yollayışları ilə təminat və s. mövzularda müraciətləri cavablandırılacaq.

 Müraciət etmək istəyən vətəndaşlar oktyabrın 9-dək  (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edərək,  sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərərək, yerli filiala yaxınlaşaraq, o cümlədən Agentliyin sosial şəbəkə hesabları vasitəsilə qəbula yazıla bilərlər.