25-29 oktyabr tarixlərində Moskva şəhərində keçirilən çempionatda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin 6 yetirməsi 5 istiqamət üzrə yarışıblar.
Mərkəzdə təhsil alan gənclər, Azərbaycan abilimpiyaçıları Lamiyə Əliyeva aşpazlıq peşəsi üzrə qızıl medala, İbrahim Nağıyev isə dulusçuluq peşəsi üzrə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Milli Ablimipiya Federasiyası əlilliyi olan şəxslər arasında müxtəlif peşə sahələri üzrə çempionatlar keçirir. Bu çempionatlarda qalib olan şəxslər ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək hüququ əldə edirlər.