Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə onlayn görüş keçirilib.
Görüş probasiya xidmətində olan məhkumların sosial adaptasiyası istiqamətində görülən işlərin müzakirəsinə həsr edilib.
Sosial Xidmətlər Agentliyinin əməkdaşları şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış şəxslərin sosial-psixoloji xidmətə tələbatının ilkin qiymətləndirilməsi forması haqqında Probasiya Xidmətinin əməkdaşlarına izahatlar veriblər.
Qeyd olunub ki, Sosial Xidmətlər Agentliyi bu kateqoriyadan olan şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin qarşısının alınması məqsədilə hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər həyata keçirir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və yaranan suallar cavablandırılıb.