Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və CineMastercard kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid övladları və Vətən müharibəsi əlillərinin kinoteatra səfəri təşkil olunub.
Tədbir Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin yad edilməsi, uşaqlara vətənə sevgi, dövlətə sədaqət və milli qürur hisslərinin aşılanması, həmçinin nəsillər arasındakı mənəvi bağın gücləndirilməsi məqsədi daşıyır.
Xoş təəssüratlarla yadda qalan tədbirdə ümumilikdə 20-yə yaxın şəhid övladı və Vətən müharibəsi əlili iştirak edib.
Həssas kateqoriyadan olan şəxslərin sosial reabilitasiyasına dəstək olmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasına töhfə verən bu kimi görüşlər mütəmadi təşkil edilir.