Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin daxili qoşununun baş çavuşu, Vətən müharibəsi əlili Fərid Mirsəyyar oğlu Bağırlı 1992-ci ildə Yardımlı rayonu Bürzünbül kəndində anadan olub. Orta təhsilini Yardımlı rayonunda alıb.
Fərid 44 günlük Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində Xüsusi Təyinatlı Qüvvələr tərkibində gedən qızğın döyüşlərdə fəal iştirak edib. 5 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda gedən döyüşlərdə, Hadrutda yaralanıb. Buna baxmayaraq, qəhrəmanımız 28 oktyabr 2020-ci il tarixindən yenidən döyüşlərə qoşulub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə”, “Şücaətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Üç övladı olan Fərid Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səbail rayonu ərazisində yerləşən yaşayış kompleksində mənzillə təmin olunub.