Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Vətən müharibəsi əlili Tehran Fərman oğlu Mahmudov 1991-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olub. Orta təhsilini Şəki rayonunda alıb.
Tehran 44 günlük Vətən müharibəsində Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. 31 oktyabr 2020-ci il tarixində Xocavənd rayonu uğrunda döyüşlərdə düşmənin atdığı artilleriya mərmisi nəticəsində sağ gözün görməsini itirib və qapalı kəllə beyin travması alaraq təxliyə olub.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən qəhrəmanımız “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” “Silahlı qüvvələrin 95 illik yubileyi”, “Silahlı qüvvələrin 100 illik yubileyi”, “Qüsursuz xidmətə görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
İki övladı olan Tehran Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Səbail rayonu ərazisində yerləşən yaşayış kompleksində mənzillə təmin olunub.