Azərbaycan Milli Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri, Vətən müharibəsi əlili Vüqar İlqar oğlu Məmmədov 1991-ci ildə Bakı şəhərində anadan olub. 2007-2009-cu illərdə 16 saylı Bakı Peşə Liseyində təhsil alıb. Təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb.
Vüqar 44 günlük Vətən müharibəsi zamanı böyük şücaət göstərib. Cəbrayıl, Füzuli, Kəlbəcər və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. O, Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı yaralanıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, həmçinin “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Şücaətə görə” medalları ilə təltif edilib.
Qəhrəmanımız 2023-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunda yerləşən yeni yaşayış kompleksində 3 otaqlı, tam təmirli mənzillə təmin olunub.