22.08.2025

Sosial Xidmət Mərkəzinin benefisiarları üçün ekskursiya təşkil edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sabunçu Sosial Xidmət Mərkəzinin benefisiarları üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib.

Mərkəzdə sosial reabilitasiya proqramına cəlb olunan əlilliyi olan uşaqlar ekskursiya zamanı kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olublar.

Tədbir çərçivəsində uşaqlar üçün master-klass da təşkil edilib. Onlar gildən hazırlanmış fiqurların rənglənməsi prosesində böyük həvəslə iştirak ediblər. Kitabxana əməkdaşları uşaqlara fiqurların hazırlanma texnikası və boyanma qaydaları barədə məlumat verib, yaradıcı prosesin hər mərhələsində onlara dəstək olublar.

Sonda nağıl otağında uşaqlar üçün “İlbizin evi” və “Əlifba” animasiya filmlərini izləmək imkanı yaradılıb, onlara kitablar hədiyyə edilib.

Ekskursiyanın məqsədi uşaqların ictimai inklüziyası və asudə vaxtlarının səmərəli təşkilinə dəstək olmaq, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq və yaradıcılıq potensialını inkişaf etdirməkdir.