Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində 44 günlük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
Görüşün məqsədi uşaqların vətənpərvər ruhda böyümələrinə dəstək olmaq və qəhrəmanlarımızı tanıtmaqdır.
Dövlət himnimizin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudov, müharibə iştirakçıları Fərman Əliyev, Taleh Əliyev, Nicat Əmirəliyev, Denis Quzlayev, habelə həmin müəssisənin yetirmələri olan, müharibə iştirakçıları Elnur Əlirzayev və İbrahim Abzatov iştirak ediblər.
Onlar müharibə xatirələrini, keçdikləri şərəfli döyüş yolu və vətənpərvərliklə bağlı düşüncələrini bölüşüblər.
Sonra uşaqların hazırladığı ‘‘Zəfərə gedən yol’’ adlı bədii kompozisiya, həmçinin şeir, mahnı və rəqs nümunələri təqdim edilib.