Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı ilə “COP29 Human Capital Forum” tədbiri keçirilib.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yerli və beynəlxalq şirkətlər arasında dövlət qurumu olaraq “Ən yaxşı Dayanıqlı Müxtəliflik və İnklüzivlik Strategiyası” mükafatı qazanıb.
Tədbir zamanı vahid platformada insan kapitalının dayanıqlı inkişafı, iqlim dəyişikliyi ilə mübarizədə insan resurslarının idarə olunması sahəsində baş verən son yeniliklər və gələcək gözləntilərdən bəhs olunub.
Forumda iştirak edən İnsan resurslarının idarə edilməsi departamentinin əməkdaşları ilə Agentlikdə görüş keçirilib.