22.09.2025

Sosial Xidmətlər Agentliyində vətəndaşlar üçün növbəti qəbul keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov növbəti vətəndaş qəbulu keçirib. 

Qəbul zamanı vətəndaşların mənzil və avtomobil təminatı, sanatoriya-kurort yollayışları və sosial xidmətlərə dair digər müraciətlərinə baxılıb, sualları cavablandırılıb. 

Eləcə də müxtəlif məsələlər üzrə müraciətlər qeydiyyata alınıb və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. 

2025-ci ilin ötən dövründə, Agentliyin aparatında və respublikanın müxtəlif şəhər və rayonlarında təşkil olunan 19 qəbulda ümumilikdə 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb. 

Qəbula yazılmaq üçün vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5625) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud yerli filiallarına yaxınlaşa bilərlər.