Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün onlayn təlim təşkil edilib.
Təlim Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”na əsasən keçirilib.
Yaşama Dəstək İctimai Birliyinin rəhbəri Elgül Hüseynquliyeva Agentliyin sosial işçilərinə qeyd olunan xəstəliklər barədə məlumatlar verib, mövzuya uyğun təqdimatla çıxış edib.
60-a yaxın sosial işçinin cəlb olunduğu görüş mövzu ətrafında müzakirələr və sualların cavablandırılması ilə davam edib.