Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının əməkdaşları şəhid Elçin Bağırovun və şəhid Rüfət Əsgərovun Bakı şəhərində yaşayan ailələrini ziyarət ediblər.
Filial əməkdaşları hər iki ailənin vəziyyəti ilə maraqlanıb, onların bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı bildirilib. Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri son illərdə daha da gücləndirilib.
Müharibənin ilk günlərindən cəbhəyə yollanan şəhidimiz Elçin Yunus oğlu Bağırov 2020-ci il oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində, Rüfət Qabil oğlu Əsgərov oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub.