Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları Avropa Sosial Şəbəkəsinin (ESN) təşkilatçılığı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən beynəlxalq seminarda iştirak ediblər.
Seminarda uşaqların müdafiəsi istiqamətində həyata keçirilən dəstək proqramlarının inkişaf etdirilməsi üçün alternativ üsul və yanaşmalardan bəhs olunub. Müvafiq sahədə işçi qüvvənin gücləndirilməsi və beynəlxalq təşkilatların bu mövzuda rolu barədə məlumatlar verilib.
Seminar çərçivəsində sosial xidmətlər sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Seminar 2 gün davam edib.