Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin aparatının və filiallarının övladlığagötürmə sahəsində çalışan əməkdaşları üçün onlayn təlim təşkil edilib.
“Övladlığagötürmə sahəsində məhkəmə təcrübəsi” mövzusuna həsr edilən təlimdə 50-yə yaxın əməkdaş iştirak edib.
Agentliyin Hüquq şöbəsinin müdiri Oksana Şamilova iştirakçılara müvafiq istiqamətdə məhkəmə təcrübəsi, prosessual hərəkətlər, müraciət qaydaları və digər mühüm istiqamətlərdə məlumatlar verib.
Sonra iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.
İştirakçıların bilik və bacarıqlarının artırılması məqsədi daşıyan bu kimi təlimlərin davam etdirilməsi nəzərdə tutulub.