07.11.2025

Uşaq evlərinin sakinləri arasında vətənpərvərlik mövzusunda rəsm və inşa müsabiqəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin sakinlərinin iştirakı ilə Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş “Zəfər günü” adlı rəsm və inşa müsabiqəsi təşkil edilib.

Müsabiqədə ölkənin müxtəlif bölgələrində yerləşən 8 sosial xidmət müəssisəsinin sakinləri iştirak ediblər. Uşaqlar vətənpərvərlik mövzusunda rəsmlər çəkiblər, vətənə sevgi və qəhrəman şəhidlərimizə həsr olunmuş inşalar yazıblar. 

Hər iki nominasiya üzrə qaliblərə diplom və hədiyyələr verilib.

Tədbirin məqsədi uşaqlarda vətənpərvərlik hisslərini gücləndirmək, eyni zamanda onların yaradıcılıq bacarıqlarını üzə çıxarmaq olub.