03.11.2025

Vətən müharibəsi iştirakçısı İlqar Avazov Vətənə xidmətini gündəlik həyatında da davam etdirir

44 günlük Vətən müharibəsində şücaət göstərərək möhtəşəm Zəfərimizə öz töhfəsini verən İlqar Avazov hazırda Abşeron-Xızı regional təhsil idarəsi Şəfəq qəsəbə tam orta ümumtəhsil məktəbində kitabxana müdiri kimi çalışır. Gəncə Dövlət Universitetinin Tarix və coğrafiya fakültəsini bitirən qəhrəmanımız ailəlidir və bir övladı var.

İlqar Suqovuşan və Talış əraziləri uğrunda gedən döyüşlərdə iştirak edib. 2-ci dərəcə əlilliyi olan qəhrəmanımız müharibə zamanı baş nahiyəsindən ağır yaralanıb. O, Prezidentin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

İlqar Avazov sosial dəstək tədbirləri ilə əhatə olunub. Eləcə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 otaqlı, tam təmirli mənzillə təmin edilib.