20.10.2025

Vətən müharibəsi şəhidi Elkiyar Məmmədovun ailəsi ziyarət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Pərviz Səfərov şəhid Elkiyar Məmmədovun Sabunçu rayonunda yaşayan ailəsini ziyarət edib. Şəhidimizin övladları Abdulla, Damla və Duyğu ilə görüşüb.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu E.Məmmədov Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü” medalları ilə təltif olunub. 

Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib. Şəhidin həyat yoldaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı tam təmirli mənzillə təmin olunub.

Görüş zamanı şəhidimizin müharibə zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Bütün şəhidlərimiz kimi, Elkiyar Məmmədovun da əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb. 

Ailənin bundan sonra da dövlət qayğısı ilə əhatə olunacağı qeyd olunub.