20.10.2025

Vətənin xidmətində dayananlar — Elnur Əliyev

Vətən müharibəsi iştirakçılarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Elnur Əliyevdir. 

E.Əliyev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlər zamanı böyük mərdlik və igidlik nümayiş etdirib. O, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.