31.10.2025

Vətənin xidmətində dayananlar — Elsevər Hacıyev

Vətən müharibəsi iştirakçılarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Elsevər Hacıyevdir.

E.Hacıyev Şuşa və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edərək böyük igidlik və mərdlik nümayiş etdirib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı”  medalları ilə təltif olunub. Qəhrəmanımız həmçinin “Qüsursuz xidmətə görə” 2-ci və 3-cü dərəcəli, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Hərbi xidmətlərə görə” medalları, həmçinin “Silahlı Qüvvələrin 90 illiyi”, “Silahlı Qüvvələrin 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif olunub.