Vətən müharibəsi iştirakçılarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Emin Piriyevdir.
E.Piriyev Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək böyük igidlik və mərdlik göstərib.
O, göstərdiyi şücaətə görə “Xocavəndin azad edilməsinə görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.