04.11.2025

Vətənin xidmətində dayananlar — Kənan Abdullayev

Vətən müharibəsi iştirakçılarından biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Kənan Abdullayevdir.

K.Abdullayev Cəbrayıl, Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlər zamanı böyük qəhrəmanlıq göstərib.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə o, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub. Kənan Abdullayev həmçinin “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və “Vətən müharibəsi iştirakçısı” medalları ilə də təltif edilib.