Torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızdan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Ruslan Şıxıyevdir.
R.Şıxıyev Vətən müharibəsi zamanı, xüsusilə Suqovuşan uğrunda gedən ağır və həlledici döyüşlərdə böyük igidlik nümayiş etdirib. O, döyüş meydanında düşmənə qarşı əzmkar mübarizəsi və qətiyyəti ilə seçilib.
R.Şıxıyev “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.