Torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərən qəhrəmanlarımızdan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşı Xəyal Nəzirovdur.
X.Nəzirov Vətən müharibəsi zamanı öz igidliyi ilə fərqlənib. O, döyüş meydanında göstərdiyi cəsarət və əzmkar mübarizəsi ilə seçilib. X.Nəzirov “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.