44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçərək tarixi Zəfərimizə öz töhfəsini vermiş qəhrəmanlardan biri də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Vüsal Hətəmovdur.
Baş leytenant V.Hətəmov Vətən müharibəsi başlayanda cəbhəyə yola düşüb, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda döyüşlər zamanı böyük şücaət göstərib. Əməkdaşımız "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.