Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində yaşayan uşaqlar üçün yay gəzintisi təşkil edilib. Tədbir çərçivəsində uşaqlar dəniz kənarına aparılıb, onlar burada həm çimmək, həm də müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak etmək imkanı əldə ediblər.
Məqsəd uşaqların yay tətilini səmərəli və əyləncəli keçirməsini təmin etmək olub. Bu tədbir sosial xidmət alan uşaqların psixoloji rifahını dəstəkləmək, sosial bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etmək baxımından xüsusi əhəmiyyət daşıyıb.