16.10.2025

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının Ərazi Partiya Təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Z.Bünyadov küçəsi 10/65 ünvanı üzrə Ərazi Partiya Təşkilatında partiya fəalları ilə görüş keçirilib. 

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Görüşdə Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev və Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər. 

Vüqar Behbudov və Elçin Quliyev çıxış edərək, Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi, eləcə də ölkəmizin sosial-iqtisadi inkişafı sahəsindəki misilsiz xidmətlərindən bəhs ediblər.

Bildirilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb. Xüsusilə 2020-ci ildə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər və işğaldan azad olunmuş torpaqlarımızın geri qaytarılması bu siyasətin parlaq nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yaradılan YAP-ın ölkəmizin inkişafında mühüm xidmətlər göstərdiyi qeyd olunub.

Sonra YAP Nərimanov rayon təşkilatının Z.Bünyadov küçəsi 1965 ünvanı üzrə Ərazi Partiya Təşkilatına sədr seçkisi keçirilib. Agentliyin İdarə Heyətinin sədr müavini Zaur İbrahimov üzvlərin səsverməsi ilə təşkilatın yeni sədri seçilib. 

Qeyd edək ki, YAP-ın Nərimanov rayon təşkilatı üzrə Ərazi Partiya Təşkilatı 30 dekabr 2021-ci ildə yaradılıb. Hazırda Sosial Xidmətlər Agentliyinin ümumilikdə 1400-dən çox əməkdaşı YAP üzvüdür.