01.05.2024

Sosial Xidmətlər Agentliyi Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında iştirak edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi Bakı Dövlət Universitetinin 105 illik yubileyinə həsr olunmuş Karyera Festivalında iştirak edib. 

Agentliyin insan resursları komandası iştirakçılara karyera imkanları, mövcud vakansiyalar barədə məlumatlar veriblər. 

2 gün davam edən Karyera Festivalında 105 dövlət qurumu, təşkilat və şirkət tərəfindən Universitetin tələbə və məzunlarına 1245 vakansiya, 98 təcrübə, 9 təqaüd proqramı təqdim edilib.