2024-cü ildə həyata keçirilən layihələr

 

“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.

 

“Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili” layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.

 

“Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin  şəxslərə sanatoriya-kurort putyovkaları ilə təmin olunması, onların tibbi və sosial-psixoloji reabilitasiyaya cəlb edilməsi və bu xidmətlərin nəticəsində bərpası və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

 

“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün  sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, müvəqqəti və ya alternativ qayğı müəssisələrinə yerləşdirilməsini təmin etməkdir.

 

“Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” layihəsinin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması, cəmiyyətdə hərtərəfli və ahəngdar inkişafının təmin edilməsidir.

 

 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya  mərkəzlərinin fəaliyyətinin təşkililayihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə sosial reabilitasiya xidmətlərinin göstərilməsi, onların cəmiyyətə inteqrasiya sahəsində  bilik və bacarıqlarını inkişaf etdirilməsidir.

“Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi ailə üzvləri ilə birgə yaşamayan çətin həyat şəraitində olan ahıllara günərzi xidmətləri göstərəcək Mərkəzin fəaliyyətinin təşkilidir.

“Novruz bayramı” münasibətilə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün bayram tədbirlərinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarını səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.

“Novruz bayramı” münasibətilə Şəhid övladları üçün bayram tədbirlərinin təşkili” layihəsinin məqsədi şəhid övladlarının cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarını səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.

“Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması” layihəsinin məqsədi əlilliyi olan şəxslər arasıda idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakının təşkilidir.

2023-cü ildə həyata keçirilmiş layihələr

 



“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.

 

“Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili” layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.

 

“Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin  şəxslərə sanatoriya-kurort putyovkaları ilə təmin olunması, onların tibbi və sosial-psixoloji reabilitasiyaya cəlb edilməsi və bu xidmətlərin nəticəsində bərpası və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

 

“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün  sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, müvəqqəti və ya alternativ qayğı müəssisələrinə yerləşdirilməsini təmin etməkdir.

 

"Əlilliyi olan şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrin hazırlanması" layihəsi əlilliyi olan şəxslərin sosial inklüziyasını təmin etmək və sürətləndirmək, əlilliyi olan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarını təşviq etmək və digər bu kimi mütərəqqi işlərin görülməsi üçün inkluziv müasir incəsənət nümunəsi kimi teatr səhnələrinin təşkil edilməsidir.



 

2022-ci ildə həyata keçirilmiş layihələr
 



“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili”  layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün təşkil olunan sosial reabilitasiya mərkəzlərində mütəxəssislər tərəfindən sosial-psixoloji, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi xidmətlərinin göstərilməsidir.

 

“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi”  layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.

 

“Görmə imkanları məhdud uşaqlar üçün müyəssər formatlı nəşrlərin hazırlanması” layihəsinin məqsədi görmə imkanları məhdud uşaqların informasiya məkanına çıxışlarının sürətləndirilməsi, onlar üçün bərabər informasiya imkanlarının yaradılması və cəmiyyətə inteqrasiyalarını təmin edilməsidir.  

“Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili”  layihəsinin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyanın təmin edilməsidir.

 

“Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili” layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.

 

“Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” layihəsinin məqsədi  cəmiyyətdə əlilliyin düzgün anlayışı istiqamətində maarifləndirmə xidmətlərinin göstərilməsidir.

 

“Vətən müharibəsi Şəhidləri və əlilləri haqqında “Unudulmazlar” innovativ informasiya resurslarının yaradılması” layihəsinin məqsədi Vətən Müharibəsi Şəhidləri və əlilləri haqqında, keçdikləri döyüş yolunun gələcək nəsillərə örnək olması istiqamətində qəhrəmanlıqlarının nümunə göstərilməsi və adlarının əbədiləşdirilməsi üçün geniş informasiya bazasının (mobil tətbiq və sayt) yaradılmasıdır.

 

“Eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlar (və ya şəxslər) üçün kütləvi informasiya vasitələri vasitəsilə surdoloji maarifləndirmə xidmətlərinin aparılması” layihəsinin məqsədi eşitmə və nitq qabiliyyəti olmayan şəxslərin cəmiyyətə inteqrasiyasına imkan yaratmaqdır.

 

“Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” layihəsinin məqsədi Şəhid ailələrinə və müharibə əlillərinə diqqətin artırılması sahəsində məlumatlandırma və maarifləndirmə tədbirlərinin artırılmasıdır.

 

“18 yaşınadək əlilliyi olan şəxslərin (autizm, serebral iflic) sosial-reabilitasiyası ilə bağlı valideynlərin bacarıqlarının artırılması üzrə innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin (autizm spektr pozuntusu) sosial-reabilitasiyası üçün beynəlxalq təcrübə öyrənilməklə onların valideynlərinin bilik və bacarıqlarının artırılmasına xidmət edən video dərslərin hazırlanması, həmçinin bu video dərslərin yerləşdirilməsi üçün saytların (autizm spektr pozuntusu) və mobil tətbiqlərin yaradılmasıdır.

 

“Narkomaniyaya qarşı mübarizədə təbliğat kampaniyasının təşkili” layihəsinin məqsədi narkomaniyadan zərərçəkmiş şəxslərin reinteqrasiyası, bu sahədə maarifləndirmə işinin aparılması üçün müxtəlif sosial reklamlar, çarxlar və qısametrajlı filmlərin çəkilməsidir.

 

“Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi müxtəlif səbəblərdən əlilliyi olan şəxslərdən asudə vaxtlarını səmərəli və məzmunlu təşkil edilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməsi və onların davamlı olaraq sağlam həyat tərzi yaşamalarına şərait yaradılmasıdır.

 

“Əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların yarışlarda (beynəlxalq və ya ölkədaxili) iştirakına şərait yaradılması” layihəsinin məqsədi əlilliyi olan şəxslər arasında idman tədbirlərinin keçirilməsi və onların beynəlxalq yarışlarda iştirakının təşkil edilməsidir.

 

“Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin  şəxslərə sanatoriya-kurort putyovkaları ilə təmin olunması, onların tibbi və sosial-psixoloji reabilitasiyaya cəlb edilməsi və bu xidmətlərin nəticəsində bərpası və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

 

 

“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün  sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, müvəqqəti və ya alternativ qayğı müəssisələrinə yerləşdirilməsini təmin etməkdir.

 

“Vətən müharibəsinin ildönümü və şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğının təbliği” layihəsinin məqsədi Vətən Müharibəsinin ildönümü, zəfər günü, şəhid ailələrinə, vətən müharibəsi iştirakçılarına xüsusi diqqətin göstərilməsi ilə əlaqədar təbliğat və maarifləndirilmə işlərinin həyata keçirilməsi üçün müxtəlif sosial reklamlar, çarxlar çəkilməsi eyni zamanda təşviq edilməsidir. 

 

“Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi ahılların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, onların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsidir.

 

“18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün Yeni il şənliyinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarının səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.

 

“Əlilliyi müəyyən edilmiş şəxslər üçün motivasiya xarakterli maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin məqsədi   əlilliyi müəyyən edilmiş şəxslər üçqün motivasiya  verən videoçarxların çəkilməsidir.

 

“Müharibə iştirakçıları üçün sosial psixoloji dəstək tədbirlərinin həyata keçirilməsi” layihəsinin məqsədi müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğının artırılması məqsədilə psixososial təbliğat kampaniyasının aşılanmasıdır.

 

"Disleksiyadan əziyyət çəkən uşaqların qiymətləndirilməsi və öyrənmə imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi disleksiyadan əziyyət çəkən uşaqların cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və onların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə video materialların hazırlanmasıdır.

 

“Nitq qabiliyyəti məhdud olan insanların ünsiyyət imkanlarının asanlaşdırılması ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi” layihəsinin məqsədi nitq qabiliyyəti məhdud olan insanların ünsiyyət imkanlarının asanlaşdırılması üçün cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və onların fiziki, əqli potensiallarının

üzə çıxarılması məqsədilə video materialların hazırlanmasıdır.

 

“Əlilliyi olan istedadlı şəxslərin təbliğ olunması istiqamətində təşəbbüslərin həyata keçirilməsi”  layihəsinin məqsədi əlilliyi olan istedadlı şəxslərin cəmiyyətə inteqrasiyasına köməklik edilməsi və onların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə video materialların hazırlanmasıdır.

 

“Şəhid ailələri və müharibə iştirakçıları üçün Yeni il şənliyinin təşkili” layihənin məqsədi şəhid ailələri və müharibə iştirakçılarının cəmiyyətə inteqrasiya olunması və asudə vaxtlarını səmərəli təşkili üçün bayram tədbirlərinin keçirilməsidir.



 

 2021-ci ildə həyata keçirilmiş layihələr  
  



"Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.

 

"Əlilliyi olan şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrin hazırlanması" layihəsi əlilliyi olan şəxslərin sosial inklüziyasını təmin etmək və sürətləndirmək, əlilliyi olan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarını təşviq etmək və digər bu kimi mütərəqqi işlərin görülməsi üçün inkluziv müasir incəsənət nümunəsi kimi teatr səhnələrinin təşkil edilməsidir.

 

"Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması" layihəsinin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir.

 

"Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili" layihəsinin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək və onların əqli potensiallarının üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli verilişlərin çəkilməsidir.

 

“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.

 

“İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi çərçivəsində insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili ilə yanaşı insan alveri qurbanlarına kompleks yardım göstərilməsidir.

 

“20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” layihəsinin məqsədi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunmasıdır.

 

“Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi” layihəsinin məqsədi baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunmasıdır.

 

“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin təşkilidir.