“Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 2022-ci ilin noyabrın 1-dən etibarən “Himayədar ailə” sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tələbinə uyğun olaraq Himayədar ailə aşağıdakı qaydada həyata keçirilir.
Himayədar ailə olmaq istəyən şəxslər elektron qaydada aşağıdakı kimi müraciət edə bilər:
Himayədar valideyn olmaq istəyən şəxs(lər) və onunla birgə yaşayan 18 yaşdan yuxarı olan şəxs(lər) ilə birlikdə notariat orqanına müraciət edilir və himayədar ailə ilə bağlı ərizə alınır.
Notarial qaydada təsdiq edilən ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə altsistemə ötürüldükdən sonra himayədar valideyn olmaq istəyən şəxs tərəfindən himayədar ailə ilə bağlı müraciət etmək üçün Nazirliyin “e-sosial.az” internet portalında “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə altsistemi”ndə qeydiyyatdan keçməklə şəxsi kabinet yaradılır.
Şəxsi kabineti yaratmaq üçün istifadəçilər ASAN Loginə sahib olmalıdırlar. ASAN Login əldə etmək üçün lazımdır:
Asan nömrəyə SMS vasitəsilə gələn kodu daxil etməklə qeydiyyatdan keçir.
Şəxsi kabineti yaradaraq qeydiyyatdan keçən şəxslər tərəfindən aşağıda göstərilən xəstəliklərin olub-olmamasına dair (psixiatrın rəyi də daxil olmaqla) himayədar valideyn(lər)in (və onunla birgə eyni ünvanda yaşayan şəxslərin) əyani tibbi müayinəsi əsasında əldə edilən sənədləri altsistemə daxil edirlər.
Himayədar ailə olmaq istəyən şəxs(lər) və onlarla birgə eyni ünvanda yaşayan şəxs(lər) tibbi müayinələrdən keçmək üçün ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisəsində müayinələrdən keçə bilərlər:
Himayədar ailə üç mərhələdə həyata keçirilir:
1. Himayədar ailə olmaq istəyən şəxsin (şəxslərin) uçota alınması;
2. Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğunun müəyyənləşdirilməsi;
2.1. Himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) müsahibənin aparılması və həmin şəxsin (şəxslərin) maddi-məişət şəraitinin müayinəsi;
2.2. Himayədar ailə olmaq istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;
2.3. Himayədar ailə olmaq istəyən şəxsə (şəxslərə) uyğun uşağın və himayədar ailəyə veriləcək uşağa uyğun himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) seçilməsi.
3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin bağlanılması.
Himayədar ailə olmaq üçün müraciət edən şəxslərə dair şərtlər aşağıdakılardır:
Qanunvericiliklə müəyyən edilmiş yaş həddi, sağlamlıq, ev şəraiti, gəlir tələblərini ödəyən subay və ya evli Azərbaycan Respublikası vətəndaşları himayədar ailə ola bilərlər. Aşağıdakılar istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli Azərbaycan Respublikasının ərazisində daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları himayədar valideyn ola bilərlər:
Ümumilikdə “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. “Himayədar ailə” qayğı modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.
Övladlığagötürmədən fərqli olaraq “Himayədar ailə” qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır. Uşaqların xoşbəxt və qayğısız gələcəyi üçün onların qayğıya, müdafiəyə, sevgiyə ehtiyacı vardır. Bunlar valideynlik bacarıqları və motivasiyası ilə bağlıdır. Bizim məqsədimiz himayədar ailələri düzgün qiymətləndirib uşağın mənafeyi baxmından daha uğurlu himayədar valideynlərin seçilməsi prosesini təşkil etməkdir.