Daimi Günərzi Qayğı Mərkəzləri


Agentliyin 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün 3 günərzi qayğı mərkəzi daimi fəaliyyət göstərir.

Saray günərzi qayğı mərkəzi
Ünvan: Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi, 17

Pirallahı günərzi qayğı mərkəzi
Ünvan: Bakı şəhəri,Pirallahı rayonu,Pirallahı qəsəbəsi,Səməd Vurğun küçəsi 65b

Mərdəkan günərzi qayğı mərkəzi
Ünvan: Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Safura İbrahimova küçəsi, 214
 

Bu mərkəzlərdə qeyd olunan kateqoriyadan olan uşaqlar bir sıra sosial-reabilitasiya xidmətlərinə cəlb olunurlar.
Günərzi qayğı mərkəzlərində 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin psixo-sosial reabilitasiyası, fərdi və qrup işlərinə cəlb olunması, idman, rəqs, musiqi və digər məşğələlərə, müxtəlif tədbirlərə qoşulmaları, həmçinin valideynlər üçün valideynlik bacarıqlarının artırılması üzrə təlim proqramlarının təşkili və digər xidmətlər göstərilir.

Bu mərkəzlərin xidmətlərindən yararlanmaq üçün Sosial Xidmətlər Agentliyinə və Agentliyin müvafiq filiallarına müraciət etmək mümkündür.