"Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili" layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.
"Əlilliyi olan şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrin hazırlanması" layihəsi əlilliyi olan şəxslərin sosial inklüziyasını təmin etmək və sürətləndirmək, əlilliyi olan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarını təşviq etmək və digər bu kimi mütərəqqi işlərin görülməsi üçün inkluziv müasir incəsənət nümunəsi kimi teatr səhnələrinin təşkil edilməsidir.
"Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə maarifləndirici nəşrlərin hazırlanması" layihəsinin məqsədi cəmiyyətin diqqətini əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə, sosial problemlərinin həllinə cəlb edilməsinə, onların fiziki, əqli və intellektual potensiallarının üzə çıxarılmasına nail olmaq məqsədilə məlumat və maarifləndirici xarakterli nəşrlərin hazırlanaraq əhali arasında geniş yayılması işinin təşkil edilməsidir.
"Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının təşkili" layihəsinin məqsədi əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına kömək etmək və onların əqli potensiallarının üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli verilişlərin çəkilməsidir.
“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.
“İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi çərçivəsində insan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili ilə yanaşı insan alveri qurbanlarına kompleks yardım göstərilməsidir.
“20 Yanvar hadisələrinin mahiyyətinin təbliği” layihəsinin məqsədi Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə milli qürur və qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrinin mahiyyətinin təbliğ olunmasıdır.
“Baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla iş mərkəzi” layihəsinin məqsədi baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların rifahının yaxşılaşdırılması, hüquqlarının qorunmasıdır.
“Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili” layihəsinin məqsədi 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial reabilitasiya mərkəzlərinin təşkilidir.