2023-cü ildə həyata keçirilmiş layihələr

 



“Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” layihəsinin məqsədi 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq bağçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi mərkəzlərinin fəaliyyətinin təşkil edilməsidir.

 

“Həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili” layihəsinin məqsədi həssas əhali qruplarının sosial müdafiəsi və dəstək tədbirləri ilə bağlı ictimai maarifləndirmənin təşkili yolu ilə dövlətimiz tərəfindən bu sahədə həyata keçirilən fəaliyyətin təbliğ edilməsi və həmin əhali qruplarının sosial xidmətlər barədə məlumatllılıq səviyyəsinin artırılmasıdır.

 

“Müvafiq qanunvericiliyə əsasən imtiyazlı kateqoriyadan olan şəxslərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin  şəxslərə sanatoriya-kurort putyovkaları ilə təmin olunması, onların tibbi və sosial-psixoloji reabilitasiyaya cəlb edilməsi və bu xidmətlərin nəticəsində bərpası və cəmiyyətə inteqrasiyasının təmin edilməsidir.

 

“Sosial sığınacağın inkişafına dəstək” layihəsinin məqsədi sosial dəstəyə ehtiyacı olan uşaqlar üçün  sosial təminat və sosial dəstək xidmətlərinə girişi təkmilləşdirmək, müvəqqəti və ya alternativ qayğı müəssisələrinə yerləşdirilməsini təmin etməkdir.

 

"Əlilliyi olan şəxslərin iştirakı ilə inklüziv incəsənət nümunələrin hazırlanması" layihəsinin məqsədi əlilliyi olan şəxslərin sosial inklüziyasını təmin etmək və sürətləndirmək, əlilliyi olan şəxslərin birgə fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, nəinki teatrla, incəsənətin digər sahələri ilə də məşğul olmalarını təşviq etmək və digər bu kimi mütərəqqi işlərin görülməsi üçün inklüziv müasir incəsənət nümunəsi kimi teatr səhnələrini təşkil etməkdir.