Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi ”(Bakı, Abşeron, Sumqayıt, Gəncə, respublikanın digər şəhər və rayonları üzrə) adlı müsabiqə keçirir.
Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.
Müsabiqədə iştirak edən təşkilatların təklifləri 03 aprel 2025-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. Müsabiqə 04 aprel 2025-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.
Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)
Müsabiqə komissiyası