Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 28 aprel 2026-cı il tarixində, saat 11:00-da Bakı şəhərində ictimai dinləmə keçiriləcək.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar ailə” qayğı modeli mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5508; 5523) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Agentliyin Bakı filialına yaxınlaşa bilərlər.