Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 27 fevral 2026-cı il tarixində saat 11:00-da Cəlilabad şəhərində ictimai dinləmə keçiriləcək.
İctimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək dinləmə “Himayədar ailə” qayğı modeli mövzusuna həsr olunacaq.
İctimai dinləmədə iştirak etmək istəyənlər Agentliyin (012) 525-41-30 (daxili 5373) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, yaxud Lənkəran-Astara regional filialına yaxınlaşa bilərlər.