07.04.2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Həssas əhali qruplarından olan şəxslərin asudə vaxtının davamlı təşkili məqsədilə təşəbbüslərin həyata keçirilməsi” adlı müsabiqə keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 22 aprel 2026-cı il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. Müsabiqə 23 aprel 2026-cı il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5036)
Müsabiqə komissiyası