“Açıq qapı” günü 22 aprel 2026-cı il tarixində təşkil olunacaq.
Tədbirin məqsədi Mərkəzdə əlilliyi olan uşaqlar və onların valideynlərinə, həmçinin, sosial xidmətə ehtiyacı olan digər şəxslərə göstərilən xidmətlər barədə məlumatlılığı artırmaq, vətəndaşlar üçün bu xidmətlərlə yerində tanış olmaq imkanı yaratmaqdır.
“Açıq qapı” günündə iştirak etmək istəyən vətəndaşlar Agentliyin (012) 525-41-30 (daxili 5026; 5034) telefon nömrəsinə zəng edə, sxa@sosial.gov.az elektron poçt ünvanına məktub göndərə, sosial şəbəkə hesablarına müraciət edə, həmçinin Bakı filialına yaxınlaşa bilərlər.