20.05.2025

Sosial Xidmətlər Agentliyi “Ahıllar üçün günərzi qayğı mərkəzlərinin fəaliyyətinin təşkili (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Qazax, Xaçmaz şəhər və rayonları üzrə)” adlı müsabiqə keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak edən təşkilatların təklifləri 02 iyun 2025-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır. Müsabiqə 3 iyun 2025-ci il saat 11:00-da Agentliyin inzibati binasında keçiriləcəkdir.  

 

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)
Müsabiqə komissiyası