22.10.2025

Sosial Xidmətlər Agentliyi  “Görmə imkanı məhdud olan şəxslər üçün innovativ təşəbbüslərin həyata keçirilməsi” və “Görmə imkanları məhdud şəxslər (və ya uşaqlar) üçün müyəssər formatlı nəşrlərin hazırlanması”  adlı müsabiqələr keçirir

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.


Müsabiqədə iştirak edən təşkilatların təklifləri 05 noyabr 2025-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqələr 06 noyabr 2025-ci il saat 11:00-dan etibarən Agentliyin inzibati binasında keçiriləcəkdir.  


Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)
Müsabiqə komissiyası