23.10.2025

Sosial Xidmətlər Agentliyi müxtəlif istiqamətlər üzrə bir neçə müsabiqə keçirir

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi “Eşitmə və nitq qabiliyyəti olmayan əlilliyi olan şəxslər üçün surdoloji maarifləndirmə xidmətlərinin aparılması”, “Əlilliyi olan şəxslərə diqqət və qayğının artırılması məqsədilə təbliğat kampaniyasının aparılması”, “Şəhid ailələrinin və ya müharibə əlillərinin həyat hekayəsi” və “Əlilliyin düzgün dərk edilməsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı müsabiqələr keçirir.

Müsabiqədə qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.
İştirak haqqı yoxdur. Maraqlanan təşkilatlar müsabiqənin əsas şərtlər toplusunu və texniki tapşırığını əldə etmək üçün Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinə (Ünvan: Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” biznes mərkəzi, bina 1) yazılı müraciət edə bilərlər.

  Müsabiqədə iştirak edən təşkilatların təklifləri 06 noyabr 2025-ci il saat 17:00-dan gec olmayaraq Agentliyə təqdim edilməlidir. Gecikdirilmiş təkliflər qəbul olunmayacaqdır.
Müsabiqələr 07 noyabr 2025-ci il saat 11:00-dan etibarən Agentliyin inzibati binasında keçiriləcəkdir.  

Əlaqə telefonu: (012) 525-41-30 (daxili-5032)
Müsabiqə komissiyası